Thursday, August 25, 2011

Həyat tərzləri , həyat tərzlərinə bağlı insan düşüncələri və onların təzahürləri (Pessimism , Optimism and Realism)

      Həyat tərzi tutduğun mövqedən asılı olaraq dəyişmir.Həyat tərzi dedikdə yaşadığın hadisələrin hansı şəkildə reallaşması deyil , hansı həyat prinsipləri ilə yaşamaqdan bəhs olunur.Bu həyat prinsipləri düşüncə tərzindən asılı olub , üç yerə ayrılır.Bu düşüncə tərzlərinin adları :
1)Pessimist ; 2)Optimist ; 3)Realist.
Düşüncə tərzlərindən və həyat prinsipindən asılı olan bu üç həyat tərzi haqqında məlumat verməzdən əvvəl kiçik bir qeyd yazmaq istəyirəm : Pessimist olmaq insanın özündən asılı deyil.Lakin optimist və ya realist olmaq insanın öz düşüncəsindən asılıdır.Pessimistlər yalnız kiminsə və ya kimlərinsə təsiri altında beynini idarə etməyi bacarmayan insanların həyat tərzidir.İndi isə tam məlumatları verim...

1)Pessimist...İnsanda pessimist düşüncə onun başına bir neçə dəfə pis hadisə gəldikdən sonra formalaşır.Belə ki, ya nevroloji xəstəlikdən , ya da psixoloji problemlərdən yaranan bu düşüncə tərzinə malik olan insanlar artıq idarəni əldən çıxarır , beyninə verdiyi heç bir əmri tam çatdıra bilmir , əsəb və ruh pozğunluğu halları daimi baş verir.Hesablamalara görə pessimistlərin 86%-i intihar etmiş və ya intihara təşəbbüs zamanı zərərsizləşdirilmişdir.Pessimist düşüncəli insanlar ətrafındakıların təsirinə düşür.Amma psixoloji və nevroloji problemlərini həll etməmiş pessimist ruh halından azad ola bilmir.Ətrafındakılar ona dəstək verdiyi zaman dinləmir , köməyi sevmir , sevgiyə nifrət edirlər.Amma özləri kimi problemləri olan insanlarla normal dostlardan çox daha yaxşı yola gedirlər.Pessimistlər məqsədsiz yaşayır , gələcəyi üçün heç nə düşünmür.Amma halhazırda olduqları zamanı da tam yaşaya bilmirlər.Onlar ən əsas keçmişdə ilişib qalırlar.Qaranlığı və təkliyi daha çox sevirlər.Keçmişdən beyinlərini məşğul edən problemdən qurtulduqları anda artıq digər iki həyat tərzindən birinə keçirlər...
* * * * *
2)Optimist...Optimist düşüncəli insanlar pessimistlərə tamamilə əks düşüncə tərzinə sahib olan insanlardırlar.Onlar ətrafındakı görmüş-götürmüş insanlarla məsləhətləşir , və böyük ehtimalla da aldıqları məsləhətlərlə hərəkət icra edirlər.Aydınlığı və çoxluğu sevirlər və bu səbəbdən siyasi , vizual və ya virtual partiyaların üzvləri ilə vaxt keçirməyi daha üstün tuturlar. Keçmişə heç vaxt baxmırlar.Gələcəyə aid daima sonsuz xəyalları və böyük sayda planları olur.Daima anı yaşayırlar.Kiçik bir hadisədə böyük xoşbəxtliklər axtarırlar.Heç vaxt kiçik problemləri həll etmirlər. Böyük problemləri ətraflarındakı insanların köməyi ilə devirirlər.Planlı hərəkətə üstünlük verir-lər.Ən çox güvəndikləri qüvvə zamandır...
* * * * *
 3)Realist...Bu həyat tərzi ən düzgün düşüncə formalaşmasıdır.Realist insanlar hər şeyə olduğu kimi baxırlar.Nə optimistlər kimi kiçik hadisələrdən böyük xoşbəxtlik tapıb kiçik problemləri kənarda saxlamır, nə də pessimistlər kimi heç bir psixoloji təsiri olmayan bir pis hadisədən belə özünü itirmir.Həyata Optimist və ya Pessimist gözlə baxan insanlar ya ətrafındakı doğruları tam görə bilmir , ya da yanlışları.Amma Realist insan , başına gələnlərdə səbəb axtarır.Əgər pis hadisə olubsa səbəbi aradan qaldırmağa çalışır , yaxşı hadisə baş veribsə səbəbi olduğu kimi saxlağa cəhd edir.Hamıdan yox , yalnız güvəndiyi insanlardan məsləhət alırlar.Amma aldıqları məsləhətə həmişə uymurlar.Əvvəlcə araşdırırlar.Əgər məqsədə uyğundursa reallaşdırırlar.Bu həyat prinsipinin adı da elə reallaşdırmaq sözündən götürülmüşdür...

Qeyd : Bəzi insanlarda özbaşına Pessimist olmaq istəyi yaranır.Lakin onlar heç vaxt Pessimist olmurlar.Sadəcə ətrafdakılara özlərini həyatdan bezmiş kimi göstərərək təsəlli payı almağa çalışırlar.
Qaldı ki digər iki tərzdən birini seçmək təklif olunarsa Realist olmaq lazımdır.Çünki Realist olmaq qarşına çıxa biləcək təhlükələri görərək ehtiyyatlı olmaq , Optimist olmaq isə onsuz da anı yaşayıram deyib həyatını riskə atmaqdır...

No comments:

Post a Comment