Thursday, August 25, 2011

İnsan düşüncəsinin təzahürə görə ayrıldığı formalar , bu düşüncələrin emosiya və hissiyyatda əksi (yalanın aşkarı)

İnsan düşüncəsi kateqoriyalara ayrılır.Bunlar hər hansı kankret bir bölmə hesab olunmur.Sadəcə insanlar bəzən qarşısındakına beynindən keçənləri sözlərlə ifadə edərkən çətinlik çəkir.Bu həmin insanın nitq qatibiliyyətinin zəif olduğunu göstərməyə kifayət edəcək göstərici deyil.Sadəcə bunu edən insanlar bəzən "yalan" danışdıqları üçün ifadədə çətinlik çəkir.Çünki doğruları söyləyən insanın bilincinin altında emosiya və onun təzahürü gizlənmir.Doğru insan dediklərini düzgün sözlərdən istifadə etməsə belə sərbəstliklə deyir , özündən asılı olmadan emosional hərəkətləri sözlərdə ifadə etməyə çalışdığı düşüncəni qüvvətləndirir.Əgər çətinliklə deyiləsi söz deyilsə amma insan bunu həyəcanlanaraq deyirsə bu "yalan" da ola bilər , "qorxu" da.Bu mətni daha əvvəl oxuyan dostlarım artıq çox insanın yalan danışdığını düşünür.Lakin qorxunun və həyəcanın payını unudurlar.İndi isə danışıqda və düşüncədə olan dörd incə məqamı bir-birindən ayırmaq üçün diqqət yetirmək lazım olan nüansları diqqətinizə çatdırım.Lakin bir məsləhət verim.Bir insan barədə səhv düşüncədə olma biləcəyiniz ehtimalını da göz ardı etməyin.Kiminsə yalan danışdığını düşündüyünüz anda gerçəkləri bilmədən onu digər bir sorğuya çəkmək düzgün olmazdı.Bu səbəbdən yalan danışdığını düşündüyünüz anda o insanla açıq şəkildə ətraflı danışmağa üstünlük verin...
Danışıqda və düşüncədə olan dörd əsas düşüncə forması bunlardır :
1)Yalan ; 2)Qorxu ; 3)Həyəcan ; 4)Nitq pozğunuğu...
Bunları bir-birindən ayırmaq üçün bir məqama toxunmaq kifayət deyil.Bütün diqqətiniz düşüncəsinin təzahürünü öyrənməyə çalışdığınız insanın hərəkətlərində olmalıdır.Amma bunu heç bir zaman o insana hiss etdirməməlisiniz.Çünki düşüncəsini oxumağa çalışdığınızı dərk etdiyi anda o insan hərəkətlərini süniləşdirməyə çalışacaq.
1)Yalan.Yalan danışan insan daima elə də böyük bir həyəcan və qorxu içində olmur.Çünki yalanının dərhal ətraf tərəfindən aydınlaşdırılacağını bilir.Burda bəhs etdiyimiz onun öz içindəki qorxu deyil , sadəcə yalanın təzahüründə yaranan qorxudur.Bu səbəbdən 2 və 3-cü formadakı qorxu və həyəcanla burdakıları qatmayın.Yalan danışan insanın emosiyaları tam saxta olur.Nə qədər gizlətməyə çalışsa da bədənin hərəkətində sərbəstlik yox tam sünilik olur.Yalan danışan insan hər zaman planlı hərəkət edir.Ona verilə biləcək sualları əvvəlcədən beynində qurur , onları özü cavablayır və artıq başqası ona bu sualı verdikdə sərbəst cavablayır.Bu səbəbdən ona əvvəlcədən düşünə bilməyəcəyi bir sual verməyə çalışın.Və bir neçə sual sonra əvvəl verdiyiniz suallardan birini o sualın sadəcə söyləniş tərzini dəyişərək yenidən soruşun.Əgər yalan danışdığını düşündüyünüz insanda bundan sonra həyəcan və stres yaranarsa siz zənninizdə yanılmırsınız , çünki o doğrudan da yalan danışır.Çünki yalan danışan insanlar o anda veriləcək suallardan başqa heç bir sualı sərbəstliklə qarşılamır.Hətta bəzən ikinci dəfə sualı digər tərzdə verdikdə onlar əsəbləşərək oranı tərk etməyə çalışır.Budur.Təzahürdəki qorxu və həyəcan.Bu insan tam bir yalançıdır.Lakin əvvəl də dediyim kimi düşüncə formasındakı qorxu və həyəcanla burdakıları qarışdırmayın...
2)Qorxu.Bilinc altındakı qorxu ilə düşüncə zamanı yaranan qorxu bir-birindən fərqlənir.Bilinc altındakı qorxu özünüzdən asılı olmadan baş verən , düşüncə zamanı yaranan isə ehtimallar zamanı yaratdığınız qorxudur.Bizim bəhs etdiyimiz qorxu yalanla müqayisə edildiyindən əlbəttə ki düşüncə zamanı yaranan qorxudur.Belə ki hərəkətinin nəticəsindən qorxan insan yalan danışan insanlar qədər rahat olmur.Çətinə düşəndə yalana əl atırlar.Lakin yalançılıqla bu tip qorxunu bir tutmaq olmaz.Çünki danışdıqları yalanların əksəri ani olur və bu yalanları bərpa edirlər və ya zamanla hər kəsə unutdurmağa çalışırlar.Bədən sərtbəstliyi həddindən artıq aşağı olur.Verdiyiniz ilk sualda təşvişə düşərək söhbəti bağlamağa çalışırlar.Emosionallıq da çox az olur.Qısacası bütün normal xarakterlərin göstəriciləri bu kateqoriyada normadan aşağıdır.Kateqoriyasına görə yalan fikirli insana ən çox oxşayan hərəkətinin nəticəsindən qorxan insandır.Lakin qətiyyən bu tipləri bir-biri ilə qarışdırmayın...
3)Həyəcan.Ən asan fərqləndirilən kateqoriya budur.İnsan həyəcanlı olduğu anda bütün normal emosional hərəkətlərdən normadan azca aşağı səviyyədə istifadə edir , bədən sərbəstliyi normada olur.Yalana əl atmır , qarşısındakılardan və ya hərəkətinin nəticəsindən qorxmur.Sadəcə o an hansı hərəkətin daha çox məqsədə uyğun olduğunu qərar vermir.O anda çəkingən olurlar.Suallardan qaçmırlar sadəcə cavabı o an verməkdə çətinlik çəkirlər.Həyəcan ən çox dürüst insanlarda formalaşan hissdir.Belə ki, bu tip insanlardan çəkinməyə ehtiyac yoxdur...
4)Nitq pozğunluğu.Nitqinə sahib çıxmaq bəzən insanın öz əlində olsa da bu vəziyyətdən-vəziyyətə dəyişir.Emosionallıq nitqdə çox böyük rol oynadığından emosiyalarına sahib çıxa bilirlər.Saxtalıq olmur.Sadəcə normal emosiyadan fərqlənir.Düzgün olanı etdiklərini düşünürlər amma ətrafındakılar tərəfindən nitqdə pozğunluğu olduğu bildirilir.Bədən sərbəstliyi tam normada olur.Suallardan çəkinmirlər və düşünmək üçün zamana da etiyacları olmur...
Qeyd : İnsan düşüncəsini oxumaq üçün bu yazdıqlarımı əzbərləmək yox , sadəcə dərk etmək kifayətdir...

No comments:

Post a Comment